Dostoyevski

Dostoyevski

还没有评分
2014 · 阿塞拜疆语 · 平装书 · 6 个版本
加入书架

评价这本书


导出书籍日志

描述

Leonid Qrossmanın “Dostoyevski” kitabında rus klassik ədəbiyyatının dühası Fyodor Dostoyevskinin dramatik həyatı əks olunub.
Bu yazıçının dünya ədəbiyyatında müstəsna yeri var və şübhəsiz o, abidə şəxsiyyətlərdən biri sayılmağa tam haqq qazanıb.
Dos­toyevskinin mürəkkəb şəxsi səciyyəsi daxili ziddiy­yətləri ilə birgə haçalanır. Ona mühafizəkar, xristian təəssübkeşi, monarxist damğaları vuran tənqidçilər, bununla belə, dərin fəlsəfi baxışlarını, mərhəmət və xeyirxahlığa çağırışlarını hər zaman yüksək qiymətləndiriblər. Yazıçı bu əqidədə idi ki, bəşər tarixində Rusiyanın öz missiyası var və o, gələcəkdə bir çox xalqların taleyini həll etmək hüququna malikdir. Ömrünün sonlarında isə o, qeyd edirdi ki, “düşüncə və nur hökmranlığı Rusiyamızda, dünyanın istənilən guşəsi ilə müqayisədə, daha tez yarana bilər”.
Yazıçının ədəbi yaradıcılığı da mürəkkəb dövrlərə ma­­likdir. Lakin realist təsvirləri və cana yaxın obrazları ilə bu gün də o, minlərlə oxucunun qəlbini fəth etmək qabiliyyətindədir. Maksim Qorkinin sözləri ilə desək, “Dos­to­yevskinin dahiliyi şəksizdir və təsvir gücünə gö­rə bəlkə də yalnız Şekspirin istedadı onun istedadına bərabərdir”.

书籍详情

格式 平装书
页数 784 页
语言 阿塞拜疆语
已发布 1月 1, 2014
出版商 Qanun Nəşriyyatı
ISBN-10 995226965X
ISBN-13 9789952269659
加入书架

评价这本书


导出书籍日志