İtirilmiş əlyazma

İtirilmiş əlyazma

尚無評分
2012 · 阿塞拜疆語 · 平裝書
加入書架

評價這本書


出口書籍日誌

描述

Kitabda Azərbaycan tarixində önəmli yer tutan, Şirvanşahlar dövlətinə uzun müddət hökmdarlıq edən Dərbəndilər sülaləsindən və onların Xaçmaz mahalında (indiki Oğuz rayonunun Xaçmaz kəndində) yaşayan varislərindən söz açılır. Real tarixi şəxsiyyətlərlə yanaşı, kitabda təxəyyül məhsulu olan qəhrəmanlardan, tarixin müəyyən dönəmində Azərbaycan tarixində izi olan hökmdarlardan və elm adamlarından söhbət açılır. Dayısının məsləhəti ilə ulu babalarının şəcərəsini yazmağa başlayan müəllif, əsərin sonuna qədər yalnız babasının danışdığı əhvalatları yazır. Ancaq müəllifin axtardığı, babasından qalma bir dəftər də var… Şirvanşah olmaq istəyən İbrahim Xaçmaz mahalında eşqə düşür… Dünyəvi dövlət quran İbrahimlə könüllər sultanı Ərən üz-üzədir… Şirvanşah Şeyx İbrahim oğluna nəyi vəsiyyət edir? Hürufilərdən dərs alan Ərən necə xəlvəti şeyxinə çevrilir? Nadiri devirmək istəyən Musa, onun ölümündən sonra nə üçün xanədanı bərpa etməkdən vaz keçir? Teymurləngin doqquzuncu qulu… Şeyx İbrahim ölümündən sonra oğlunun görüşünə gəlir… Miranşah atası Teymuru nə üçün diri-diri tabuta qoyur? “Cavidannamə”ni oxuyan Ərən yeddi il, yeddi ölkənin yeddi şəhərində dərvişlik edir… Ərən saraya nə üçün müridi Seyid Yəhyanı göndərir? Erməni təhlükəsini duyan Musa, dostu Pənahəli xan Cavanşirə nə məsləhət görür? Və XX əsrin əvvəllərində doğulan Mirhüseyn oğlu Musa sovet “maşının”dan necə sağ çıxır? Bəzən uydurma əhvalatlarla tarixi qarışdıranlar bu romanda əsl tarixi, mistika və elm həvəskarları isə öz axtardıqlarını tapacaq. Hadisələr sizi çox uzaqlara, XIV əsrə aparacaq… Bəs itmiş dəftər tapılacaqmı?!

書籍詳情

格式 平裝書
頁數 168 頁
語言 阿塞拜疆語
已出版 Jan 1, 2012
出版商 Qanun Nəşriyyatı
ISBN-10 9952262655
ISBN-13 9789952262650
加入書架

評價這本書


出口書籍日誌