Buchdetails
Beschreibung
Alman uşaq ədəbiyyatının klassiki sayılan Erix Kestner bu romanda uşaqların mənəvi dünyasını çox real cizgilərlə təsvir edir. Əsər boyu dostların uşaqsayağı dəcəllikləri və şıltaqlıqları insanın dodağını qaçırdır və romana incə yumor hissi qatır. Qəhrəmanların xarakterinin müxtəlifliyi – bəzisinin tənbəl və acgöz, bəzisinin savadlı və utancaq, bəzisinin qorxaq, bəzisinin də çoxbilmiş olması əsərə ayrıca şirin bir dad verir. Amma onlar bu müxtəlifliyə baxmayaraq, bütün dar məqamlarda bir-birinə dayaq olur və bu səmimiyyət insanı mütəəssir edir.
Erix Kestner yazdığı uşaq kitablarına görə 1960-cı ildə uşaq ədəbiyyatının Nobeli sayılan “Anderson” mükafatına, həmçinin avtobioqrafik romanına görə “Luis Kerol” mükafatına layiq görülüb.